Tarafsız haber için doğru adrestesiniz. Haber, Haberler, güncel haberler, internet haber,son dakika haberleri, ogaste.com farkıyla takip edin. En son haberlere bizimle ulaşın.
Yasal Uyarı: Sitemizdeki tüm yazı, resim ve haberlerin her hakkı saklıdır. İzinsiz, kaynak gösterilmeden kullanılması kesinlikle yasaktır. -
Copyright© 2006-2025 Tüm hakları saklıdır.
HABER YAZILIMI ve
TURKTICARET.NET projesidir
Kərimov Şahin Cəfər oğlu
Azərbaycan – palçıq vulkanları ölkəsi
Palçıq vulkanları yerin dərin qatlarından qalxan qazların (əsasən metan), yeraltı suların və gil kütləsinin yüksək təzyiq altında səthə çıxması nəticəsində formalaşır. Onların fəaliyyəti bəzən sakit axıntı, bəzən isə alovlu və partlayışlı püskürmələrlə müşahidə olunur. Bu vulkanlar geoloji tədqiqatlar, müalicəvi palçıq istifadəsi və ekoturizm baxımından xüsusi əhəmiyyət daşıyır.
Palçıq vulkanlarının sayı planetimizdə 2500-dən çoxdur. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yerdədir. Palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmiş və ən çox sayı, həmçinin ən böyükləri və tez-tez püskürənləri əsasən Abşeron–Qobustan zonasında, Bakı ətrafında, Cənub-Şərqi Şirvan düzündə, Aşağı Kür çökəkliyində və Xəzər dənizinin Bakı arxipelaqına daxil olan adalarında yayılmışdır. Ona görə də Azərbaycan "palçıq vulkanlarının vətəni" sayılır. Azərbaycanın neft-qaz rayonlarında 350-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onlardan 160-ı dəniz vulkanıdır. Bakı arxipelaqında 8 palçıq vulkanı adası "Xərə-Zirə (Bulla), Çigil, Daşlı, Gil, Zənbil, Qarasu, Qutan və Baburi, Səngi Muğan" vardır. Sualtı vulkanların olduğu dərinliklər bir neçə metrdən 900 metrə qədərdir. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Palçıq vulkanlarından başqa onların "pilpilə", "yanardağ", "bozdağ", "axtarma", "qaynaca", və s. yerli adları da var. Ən böyükləri Torağay, Qalmas, Böyük Kənizdağ və s. çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20–400 m, əsasının diametri 100–4500 m olur. 2007-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.
Ginnesin Rekordlar Kitabına düşən palçıq vulkanı
Dünyanın ən böyük palçıq vulkanı məhz Azərbaycanda yerləşən Torağay palçıq vulkanı hesab edilir. Bu vulkan ən iri palçıq vulkanlarından biri kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Bu vulkan ölçüsü, aktivliyi və geoloji əhəmiyyəti ilə fərqlənir, 2018-ci ildə dəfələrlə püskürmüşdür. Güclü püskürmələri zamanı yer səthinə böyük həcmdə palçıq, qaz və brekçiya çıxarır. Diametri 900 metr, hündürlüyü 402 metr, oturacağının ölçüləri 3,8 x 2,9 kilometr və kraterinin diametri isə 500-550 metrdir. Bu unikal təbii möcüzə həm elmi, həm də turizm baxımından böyük əhəmiyyətə malikdir. Torağay palçıq vulkanı "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" ərazisinə daxildir.
Palçıq vulkanlarının elmi, müalicəvi və turizm əhəmiyyəti
Palçıq vulkanları təkcə maraqlı landşaft elementi deyil, həm də yeraltı geoloji proseslərin öyrənilməsi baxımından mühüm mənbədir. Palçıq vulkanları inşaatda geniş istifadə olunan təbii xammal kimi də qiymətli və əvəzsizdir. Vulkan gili tikinti üçün yararlıdır. Vulkan gilindən istifadə olunan kərpic isə yüksək keyfiyyətinə görə fərqlənir. Palçıq vulkanlarının iqtisadi sərfəliliyinin başqa bir tərəfi onun rekreasiya (istirahət) əhəmiyyətli təbii ehtiyat olmasından irəli gəlir. Palçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Hələ 1980-ci illərdə ölkənin 16 tibb müəssisəsində vulkan palçığı poliartrit, radikulit, hepatit, bir çox dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilirdi.
Eyni zamanda bu ərazilər ekoturizm, elmi turizm və foto-turizm üçün böyük potensiala malikdir. Qobustan Milli Parkı və Abşeron yarımadasındakı palçıq vulkanları artıq xarici turistlərin maraq dairəsindədir.
Təhlükəli vulkanlar
Bu vulkanların püskürməsi o qədər də təhlükəsiz deyildir. Məsələn, XV əsrdə püskürən palçıq vulkanı Azərbaycanın Köhnəgədi kəndini palçıq altında basdırmışdır. 1922-ci ildə Bakı ətrafında yerləşən Omanbozdağ palçıq vulkanının püskürməsi nəticəsində alov 14 km hündürlüyə yüksəlmişdir.
Azərbaycanın palçıq vulkanları ölkəmizin təbii brendi, elmi sərvəti və turizm imkanlarının əsas dayaqlarından biridir. Bu unikal təbiət möcüzələrinin qorunması, tanıdılması və turizmə inteqrasiyası həm milli, həm də beynəlxalq miqyasda strateji əhəmiyyət daşıyır.